Millət vəkilləri qəzaya düşdü - Ölən və yaralanan var
ABŞ-ın Virciniya ştatında Respublikaçılar Partiyasının millət vəkillərini daşıyan qatar zibil daşıyan yük maşınına çırpılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Məlumata görə, deputatlar partiyanın iclasına gedərkən qəzaya düşüblər.
Hadisə barədə prezident Donald Tramp məlumatlandırılıb.
Araşdırma aparılır.