Dərc edilib: 03-02-2018

https://www.nuh.az/14792-.html

Prezident Tağıya orden verdi

03.02.2018 14:54:34

Hadisə

Tağı Əhmədov II dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov II dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, T.Əhmədov 1948-ci ildə anadan olub. Fevralın 1-də onun 70 yaşı tamam olub. T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Hazırda hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib