Dərc edilib: 05-02-2018

https://www.nuh.az/14811-.html

Ərdoğan Papanın dəvəti ilə Romada

05.02.2018 16:50:42

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Roma papası Fransiskin dəvəti ilə İtaliyada rəsmi səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğanın təyyarəsi Roma hava limanında eniş edib.

Prezidenti səfərdə XİN başçısı Mevlüt Çavuşoğlu, Enerji naziri Berat Albayrak, İqtisadiyyat naziri Nihat Zeybekçi, Avropa Birliyi naziri Ömer Çelik, Milli müdafiə naziri Nurettin Canikli və həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib