Dərc edilib: 11-02-2018

https://www.nuh.az/14892-.html

Saakaşvili Polşaya deportasiya edilir

11.02.2018 13:47:16

Dünya

Ukraynanın Mühacirət Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşaya deportasiyası haqda qərar qəbul edib.

 

Virtualaz.org-un  məlumatına görə, bunu bu gün "Rustavi-2" telekanalına müsahibəsində M.Saakaşvili özü deyib. Kiyevdə olan siyasətçi gürcü telekanalına bildirib ki, onu Polşaya deportasiya etmək üçün "Ukraynanın Mühacirət Xidməti sənədlər paketi imzalayıb". O, qeyd edib ki, "sonra nə olacağından asılı olmayaraq, Ukraynada hakimiyyətin dəyişməsi üçün” dinc mübarizəsini davam etdirəcək. Ancaq Saakaşvilinin müdafiəçiləri bildirirlər ki, onun iddiaları üzrə məhkəmə təhqiqatları davam etdiyindən, siyasətçinin ekstradisiyası üçün hakimiyyətin hüquqi əsası yoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib