Dərc edilib: 18-02-2018

https://www.nuh.az/15008-.html

Dağıstanda silahlı insident - 5 ölü, 4 yaralı + Yenilənib

18.02.2018 20:08:14

Günün sitatı

Dağıstanda silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, Kızlyar şəhərində naməlum şəxs karnaval zamanı kütləni atəşə tutub. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Cinayətkar təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Xəsarət alanlardan ikisinin polis əməkdaşı olduğu bildirilir. Cinayətkarın əvvəllər həbs edilmədiyi və hər hansı bir radikal təşkilatın üzvü olmadığı vurğulanıb.

***

Dağıstanda silahlı insident zamanı  ölənlərin sayı 5-ə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri dünyasını dəyişib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib