Dərc edilib: 19-02-2018

https://www.nuh.az/15020-.html

Yaxın Şərqdə böyük müharibə anonsu: Türkiyə mesaj verdi

19.02.2018 12:34:08

Dünya

Suriya Ordusunun Afrinə girəcəyi ilə bağlı xəbərlərə Türkiyədən reaksiya gəlib.
Qaynarinfo xəbər verir ki, qardaş ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu İordaniya səfəri zamanı Bəşər Əsədin addımına münasibət bildirib.
Nazir bildirib ki, Türkiyənin qarşısını heç bir qüvvə ala bilməyəcək: "Bu xəbərləri səhər mən də oxudum. Biz əvvəldən açıq şəkildə bir şeyi deyilir. Bizim "Zeytun budağı" əməliyyatımızın hədəfi bəllidir: terrorçuları yox etmək. "Fırat qalxanı" əməliyyatı ilə İŞİD-i təmizlədik. Afrində də Türkiyə üçün təhdid olan YPG-ni təmizləmək üçün əməliyyata başladıq. Suriyanın ərazi bütövlüyü məsələsində sözümüzü demişik. Rejim bura girəcək, ya yox? Girərsə, niyə girəcək? Rejim bura PKK-nı, YPG-ni təmizləmək üçün girsə, problem yoxdur. YPG-ni qorumaq üçün girsə bizi, Türk əsgərini kimsə dayandıra bilməz. Bu Afrin üçün də, Menbiç üçün də, Fıratın şərqi üçün də keçərlidir".
Qeyd edək ki, Suriya dövlət televiziyası rejim güclərinin Afrinə doğru yola çıxdığını açıqlayıb. "Reuters"in xəbərinə görə, Bəşər Əsəd gücləri YPG ilə anlaşıb və terror təşkilatının əlindəki ağır silahları da istəyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib