Dərc edilib: 20-02-2018

https://www.nuh.az/15036-.html

Eks-nazirin evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 12:02:04

Region

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus evdə çıxan yanğınla bağlı məlumat yayıb. 

"Qafqazinfo" xəbər verir ki, yanğın fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində eks-nazirin villasını mühafizə edən və həmin mənzildə yaşayan Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri alan R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib