Dərc edilib: 22-02-2018

https://www.nuh.az/15063-.html

Rəhim Zalov vəzifədən niyə azad olundu ? ŞOK

22.02.2018 16:01:23

Hadisə

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. 

 NUH.az-a daxil olan məlumata görə, 2017-ci iln  dekabrında   Rəhim Zalov Gəncə univermağının qarşısında xidməti maşını iıə qəza törədərək vətəndaşı vurub.

Mənbənin məlumatına görə, Zalovun vəzifədən uzaqlaşdırılmasının  səbəblərindən biri də  Gəncə ŞBPİ-nin rəisi  Faiq Şabanovun oğlu Hüseyn Şabanovla  bağlı yol nəqliyyat hadisəsini gizlətməsi olub. 

Məlumat üçün bildirək ki, Hüseyn Şabanov  Xaçmaz RPŞ-nin rəisi  Nofəl Məhərrəmovun kürəkənidir və hazırda Binəqədi polis idarəsində çalışır. 

Mənbə bildirir ki, prezident seçkilərindən sonra Gəncə BPİ-də ciddi  dəyişikliklər olacaq. 

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib