Dərc edilib: 16-03-2018

https://www.nuh.az/15255-.html

Mehriban Əliyevaya yüksək mükafat verildi - Fotolar

16.03.2018 09:48:13

Cəmiyyət

Xəbər verdiyimiz kimi, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə,  tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib