Sumqayıtda ağır qəza: polis əməkdaşı qəzada öldü
Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
report-un məlumatına görə, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu MəmmədovSumqayıt şəhəri ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.
O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.