" Xəlifəliyi tamamilə məhv edəcəyik
ABŞ prezidenti Donald Tramp yaxın zamanda Suriyadakı son proseslər barədə danışıb.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Tramp dəqiq tarix bildirməsə də yaxın zamanlarda ABŞ ordusunun Suriyadan çıxacağını bildirib.
““Xəlifəlik” deyə adlandırdıqları şeyi tamailə məhv edəcəyik. Bütün Suriyanı İŞİD-dən xilas edəcəyik”, - deyə Tramp sözlərinə əlavə edib.
Maraqlısı budur ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert Trampın bu açıqlaması barədə məlumatının olmadığını deyib.