Dərc edilib: 30-03-2018

https://www.nuh.az/15396-.html

Dünyanın ən böyük günəş elektrostansiyası tikilir - 200 milyarda

30.03.2018 09:27:35

İqtisadiyyat

Dünyanın ən böyük günəş elektrostansiyası ona qoyulacaq sərmayə ilə diqqət çəkib. “Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, onun inşasına 200 milyard dollar vəsait xərclənəcək. Sözügedən günəş elektrostansiyasının inşası ilə Səudiyyə Ərəbistanı və Yaponiyanın texnologiya nəhəngi “SoftBank” məşğul olacaqlar. Güman olunur ki, yeni layihə 2030-cu ilə kimi 200 giqavatt yüksək gücə çatacaq. Bu göstərici isə hazırki belə layihələrdən 100 dəfə çoxdur. Hazırda dünyanın ən böyük günəş elektrostansiyası Çinin Tengger adlı səhrasında yerləşən günəş parkı hesab olunur. O, 1500 megavatt enerji istehsal etməyə qadirdir. Yeni layihəyə olan böyük investisiya məbləği Səudiyyə Ərəbistanına neft asılılığından azad olmağa yardımçı olacaq. Səudiyyə Ərəbistanı 77 giqavatt enerji sərf edir. 200 giqavatt enerji isə hətta ökədaxili istifadə üçün çox böyük göstəricidir. Buna görə də ölkə rahatlıqla bu enerjini digər ölkələrə sata bilər. 200 milyard dollar dəyərində investisiya günəş batareyaları, enerji saxlama batareyaları və günəş batareyalarının istehsal zavodunun inşası üçün yetərli olacaq. Günəş parklarından birincisinin inşasına bu il start veriləcək. Elektroenerjinin inşasına isə 2019-cu ildə start veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib