Dərc edilib: 03-04-2018

https://www.nuh.az/15448-.html

Rusiya Azərbaycana yeni səfir göndərir - Namizədliyi təsdiqləndi

03.04.2018 10:51:13

Region

Rusiyanın Qazaxıstandakı sabiq səfiri Mixail Boçarnikov Moskvanın Azərbaycandakı diplomatik missiyasına rəhbər təyin oluna bilər.

“Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.

Digər qərara əsasən Rusiyanın Moldovada səfiri postuna Oleq Vasnetsovun namizədliyi təsdiqlənib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib