İsa Qəmbər müayinə üçün Almaniyaya getdi
Müsavat Partiyasının eks başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müayinə olunmaq məqsədilə Almaniyaya gedib.
Bu barədə “Qafqazinfo”ya Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, İsa Qəmbərin oğlu Turqut Qəmbərin Almaniya səfəri var idi: “ Ona görə də o, İsa bəyi də özüylə aparıb. Həmçinin orada istirahət etməklə bərabər atasını lazımi müayinələrdən təkrar keçmək planları da var”.