Dərc edilib: 08-04-2018

https://www.nuh.az/15519-.html

Bu gün Beynəlxalq Qaraçılar günüdür

08.04.2018 15:47:07

Dünya

Bu gün  Beynəlxalq Qaraçılar günüdür. 

 

1971-ci ildə Londonda keçirilmiş Ümumdünya Qaraçı konqresində qaraçılar öz günlərini, öz bayraqlarını və himnlərini də seçiblər. 

Dünyada təxminən 10 milyon qaraçı yaşayır. Qaraçılar 6 qola — 3 qərb və 3 şərq qoluna bölünürlər. Onlar Hind-Avropa xalqlarına aid edilirlər və indiyədək formalaşmış dilləri Hind-Ari dil qrupuna daxildir. Avropada mənşəcə qaraçılarla eyni olmayan, lakin məişətləri onlara bənzəyən bir neçə başqa etnik qrup da var.

Azərbaycanda da bir neçə min qaraçı yaşayır. Onlar əsasən dilənçiliklə pul qazanırlar. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib