Dərc edilib: 12-04-2018

https://www.nuh.az/15562-.html

Prezident və xanımı məscidin açılışında - Seçkidən sonra ilk

12.04.2018 16:30:26

Mədəniyyət

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısına görülən işlər barədə məlumat verib. 

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib