Dərc edilib: 18-04-2018

https://www.nuh.az/15620-.html

İlham Əliyevin andiçmə mərasimi başladı

18.04.2018 09:53:30

Siyasət

Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin inauqurasiya mərasimi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, andiçmə mərasimi Milli Məclisdə keçirilir. 

Qanunvericiliyə görə prezident and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayır.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu dünın 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin nəticələrini təsdiqləyərək, İlham Heydər oğlu Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçildiyi elan edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib