Dərc edilib: 18-04-2018

https://www.nuh.az/15628-.html

30 manat borca görə ...18 il həbs

18.04.2018 18:00:55

İqtisadiyyat

Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ə.Əlizadənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses aprelin 24-də davam etdiriləcək. 

İttihama görə, 2017-ci il yanvarın 9-da Bilgəh qəsəbəsində Ə.Əlizadə mağazaya gələrək oranın sahibi, qonşusu Hacıbaba Məmmədovu bıçaqlayara öldürüb. Belə ki, Ə.Əlizadənin dükandan aldığı ərzağa görə 30 manat borcu olub. Bir neçə gün əvvəl həmin borcu tam ödəyəcəyinə söz versə də, həmin gün pulun bir qismini qaytarıb. H.Məmmədov da buna etiraz edib və Əmrahı təhqir edib. Bu zaman Ə.Əlizadə onu bıçaqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib