Dərc edilib: 19-04-2018

https://www.nuh.az/15646-.html

Nazir Narkoloji Mərkəzin direktorunu işdən çıxarıb

19.04.2018 16:28:20

Maqazin

 

Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.
Trend-in əldə etdiyi məlumata görə, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib