Dərc edilib: 19-04-2018

https://www.nuh.az/15647-.html

"Koroğlu" stansiyası bağlanır

19.04.2018 16:40:00

Maraqlı

Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq. 
Qaynarinfo quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib