Dərc edilib: 20-04-2018

https://www.nuh.az/15657-.html

Əliyev ilk rəsmi səfərini bu ölkəyə edəcək - Tarix açıqlandı

20.04.2018 00:32:49

Siyasət

11 apreldə keçirilən seçkilərdə növbəti dəfə Azərbaycan prezidenti seçilən İlham Əliyev ilk rəsmi səfərini ənənəvi olaraq Türkiyəyə edəcək.

“Qafqazinfo” “Haber7”yə istinadən xəbər verir ki, səfər 25 apreldə baş tutacaq.

İ.Əliyev Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşəcək.

Qeyd edək ki, Türkiyə prezidentləri də ənənəvi olaraq ilk səfərlərini Azərbaycana edirlər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib