Yeni səhiyyə naziri
Prezident İlham Əliyev aprelin 21-də yeni hökumətin tərkibi ilə bağlı sərəncam imzalasa da, səhiyyə naziri vəzifəsinə təyinat hələ ki reallaşmayıb. Oqtay Şirəliyevin yenidən nazir təyin olunmaması bu vəzifəyə başqa bir şəxsin gətiriləcəyi ehtimallarını artırıb.
presday.az-a etibarlı mənbədən verilən məlumata görə, səhiyyə naziri vəzifəsinə ən real namizədlərdən biri Milli Məclisin tanınmış həkim deputatı Rəşad Mahmudovdur.
Onun dünya səviyyəsində tanınmış ürək-damar cərrahı olması və hakimiyyətdəki bəzi dairələrə də yaxınlığı səhiyyə naziri postuna təyinatı ilə bağlı ehtimalları artırır.
Qeyd edək ki, Rəşad Mahmudov 2005-ci ildən indiyə qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir.
Rəşad Mahmudovun 2015-ci il seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülüb, 77 saylı Astara seçki dairəsindən deputat seçilib.