Dərc edilib: 27-04-2018

https://www.nuh.az/15787-.html

Prezident “ASAN Xidmət”ə yeni sədr təyin etdi

27.04.2018 19:52:57

Hadisə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin edilib.
 
“Qafqazinfo”nun xəbərinə görə, prezidentin sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Ü.Mehdiyev 2009-2012-ci illərdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi,  2012-ci ildən isə həmin şöbədə sektor müdiri vəzifəsində işləyib.

O, Azərbaycan prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə “ASAN Xidmət”ə sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib