Dərc edilib: 30-04-2018

https://www.nuh.az/15820-.html

Komitə sədri Əli Həsənovun qohumunu işdən çıxartdı

30.04.2018 19:38:12

Mədəniyyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərovvə qurumun Mənzil  istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.

 "Report”   xəbər verir ki, hər iki şəxslə bağlı komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.
Onların yerinə hələ ki təyinat olmayıb.
Ə.Əkbərov komitənin sabiq sədri, baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.
Xatırladaq ki, bundan əvvəl Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılovvəzifəsindən azad olunub.
Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib