Dərc edilib: 03-05-2018

https://www.nuh.az/15848-.html

Londonda yəhudi bayramında güclü partlayış: 30 yaralı

03.05.2018 10:14:11

Günün sitatı

İngiltərənin paytaxtı Londonda güclü partlayış meydana gəlib.
Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, hadisə yəhudilərin tonqal qalayaraq keçirdiyi bayramda baş verib. Bir nəfər mobil telefonunu tonqala tullayıb və güclü partlayış yaranıb. Nəticədə 30 nəfər yaralanıb. Əraziyə təcili yardım xidməti və yəhudilərin könüllü tibbi yardım qrupu "Hatzola" cəlb edilib. Yaralananlardan 10-u yanıq xəsarəti alıb, 20 nəfər isə partlayışdan sonra yaranan basabasda zədələnib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib