Dərc edilib: 04-05-2018

https://www.nuh.az/15862-.html

CHP-dən Ərdoğana sürpriz rəqib

04.05.2018 00:32:12

Dünya

24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) sürpriz namizəd irəli sürəcək.


“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, partiyanın lideri Kamal Kılıçdaroğlu deyil, Məhərrəm İncənin namizədliyi irəli sürüləcək.

Bu barədə CHP-nin deputatı İlhan Kəsici məlumat verib. O deyib ki, dünən axşamdan etibarən M. İncənin namizədliyi üzərində dayanılıb:

“Mənim eşitdiyim budur. Böyük ehtimalla da CHP-nin namizədi o olacaq. Zəng vurub özünü təbrik etdim. O da təbrikləri qəbul etdi”.

Məsələ ilə bağlı K.Kılıçdaroğlu isə bildirib ki, heç kimə namizədin kim olduğu barədə dəqiq fikir söylənilməyib:

“Bir-iki yaxın adamıma demişəm. Onlardan da heç kimə söyləməməsi barədə söz almışam. Sabah səhər  namizədi rəsmən açıqlayacağam”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib