Dərc edilib: 16-05-2018

https://www.nuh.az/15888-.html

Ramiz Həsənov xarici işlər nazirinin müavini oldu

16.05.2018 13:42:12

Günün sitatı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov Xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Bu barədə Virtualaz.org-a özəl mənbələrdən məlum olub.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.

Onu da qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib