Dərc edilib: 18-05-2018

https://www.nuh.az/15913-.html

Yadigar Sadıqov "Musavat"dan istefa verdi

18.05.2018 17:10:29

İdman

Yadigar Sadıqov Müsavat Partiyasının başqanının müavini vəzifəsindən istefa verib.

"Report”un əldə etdiyi məlumata görə, o, bununla bağlı ərizə yazıb.
Y.Sadıqov "Report”a açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılığının olmasıdır: "Bunlar partiyadaxili məsələlərdir”.
O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib