Dərc edilib: 20-05-2018

https://www.nuh.az/15924-.html

Təzə nazir balıq ovunu qadağan etdi

20.05.2018 00:41:34

Cəmiyyət

Su hövzələrində bütün növ balıq ovlayanlar ciddi şəkildə cəzalandırılacaq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Bu ovun qadağasına səbəb su hövzələrində balıqların sayını artırmaqdır.

 "Xəzər TV"   xəbər verir ki, sentyabrın 1-ə kimi su hövzələrindən bütün növ balıqların tutulmasına qadağa qoyulub. Məqsəd dəniz və göllərdə balıqların sayını artırmaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu qadağaya əməl etməyən şəxsləri ciddi şəkildə cəzalandıracaqlar.
Nazirliyin Su Hövzələrində biloji resursların artırılması və müahifzəsi departamentinin əməkdaşı İsmayıl Yunusovunsözlərinə görə, artıq bu kimi halların qarşısını almaq üçün əməkdaşlar gücləndirilmiş iş rejiminə keçiblər.
Təkcə ötən ilin 4 ayı ərazində qanunsuz balıq ovu ilə məşğul olan 50 nəfər barəsində qanuna müvafiq şəkildə cəza tədbiri görülüb. Qurum rəsmisi həmçinin onu da bildirdi ki, qeyd edilən tarixlərdə su hövzələrində balıq ovu ilə məşğul olanlar aşkar edildikdə həmin şəxslər dərhal cərimələnəcəklər.
Balıq satışı ilə məşğul olanlar isə deyirlər ki, su hövzələrində balığın ovlanmasına qadağa qoyulduğundan onlar süni yetişdirilən balıqları alıb-satmaq məcburiyyətində qalacaqlar. Bu da alıcıların azalmasına gətirib çıxaracaq.
Qeyd edək ki, qanunsuz balıq ovu ilə məşğul olan şəxslər ilk dəfə 2-3 min, təkrar törətdikdə isə 3-6 min manat miqdarında cərimə olunacaqlar. Cinayət tərkibi yarandıqda isə həmin şəxslər 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib