Dərc edilib: 21-05-2018

https://www.nuh.az/15937-.html

Bakıda dəhşətli partlayış - 2 nəfər yanaraq öldü+ Video + Fotolar

21.05.2018 17:20:29

Günün sitatı

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.

 

 Lent.az   xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

***

"Elite" ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən kiçik obyektdə qaz sızmasından baş verən partlayış səbəbindən 2 nəfər hadisə yerində yanaraq ölüb. Vizual olaraq onların kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib.

***
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, partlayış Əhməd Rəcəbli 304 ünvanında yerləşən kafedə olub. Ölənlərdən biri kafe sahibinin qardaşı yoldaşıdır.

***

FHN partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

***

Vəfat edən qadın Şəkər İbrahimovanın oğlu hadisə yerinə gəlib. O, hüquq-mühafizə orqanlarından qapını açmağı tələb edib. Amma ona bildirilib ki, anasının meyiti müayinə olunmaq üçün hadisə yerindən aparılıb.

 

 

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib