Dərc edilib: 23-05-2018

https://www.nuh.az/15957-.html

Prezidentin şəkli olan qəzetdən tualet kağızı kimi istifadə edənlər həbs olunacaq

23.05.2018 13:05:59

Dünya

Türkmənistanın Qumdaq qəsəbəsində maraqlı göstəriş verilib.


“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, qəsəbənin daxili işlər rəhbəri evlərin zibilliyini axtarmaq əmri verib. Məqsəd isə Türkmənistan prezidentinin rəsmi əks olunmuş qəzetlərdən tualet kağızı kimi istifadənin qarşısını almaqdır. Belə ki, 20 minədək sakini olan qəsəbədə iqtisadi böhran səbəbindən tualet kağızı əvəzinə qəzetlərdən istifadə edilir. Bu zaman isə prezidentin şəkilləri olan qəzetlərdən istifadə də qaçınılmaz olur. Ancaq bundan sonra belə qəzetlərdən istifadə edənləri cəza gözləyir.

Belə ki, zibil qutusunda prezidentin şəkli olan qəzet tapılan sakinə əvvəlcə xəbərdarlıq olunacaq, ikinci belə hadisədə isə müvafiq orqanlar onun haqqında ölçü götürəcək. 

Qeyd edək k, Türkmənistanda hazırda Qurbanqulu Berdiməhəmmədov prezidentdir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib