Dərc edilib: 25-05-2018

https://www.nuh.az/15982-.html

Polis rəisi özünə yeni balıq vətəgəsi alıb

25.05.2018 18:44:15

Region

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyev özünə yeni balıq vətəgəsi alıb.

Bu barədə "Report”a rayon sakinləri məlumat verib.
Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiqdir.
Qeyd edək ki, buna qədər V.Şəbəndiyevin başqa vətəgələri də olub.
Xatırladaq ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib