Dərc edilib: 28-05-2018

https://www.nuh.az/15998-.html

Prezident Cümhuriyyətin abidəsini ziyarət etdi

28.05.2018 10:07:52

Siyasət

Bu gün prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.
Qaynarinfo xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib