Dərc edilib: 29-05-2018

https://www.nuh.az/16001-.html

Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edildi

29.05.2018 13:09:23

Hadisə

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov "APA-Economics"ə bildirib ki, nazir İnam Kərimovun imzaladığı əmrlə bu vəzifəyə Gəncə şəhər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev təyin edilib.  

Qeyd edək ki, buna qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini Azər Süleymanov icra edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib