Dərc edilib: 29-05-2018

https://www.nuh.az/16005-.html

Deputatın general qardaşı da işdən çıxarıldı

29.05.2018 16:20:41

Müsahibə

Dövlət Gömrük Xidmətinin  sədri Səfər Mehdiyev daha bir generalı  tutduğu vəzifədən azad edib.

“Qafqazinfo”nun əldə etdiyi  məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

B. Salayevin yerinə Məsum Rəsulov təyin edilib.

Qeyd edək ki, M. Rəsulov bundan əvvəl Əməliyyat idarəsinin rəisi vəzifəsində işləyib.

Xatırladaq ki, unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunan B. Salayev Milli Məclisin deputatı Hacı Salayevin qardaşıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib