Dərc edilib: 30-05-2018

https://www.nuh.az/16009-.html

İcra başçısının oğluna yeni vəzifə verildi: rəis təyin edildi

30.05.2018 12:18:06

İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə yeni rəis təyin edib.
Unikal.org-a daxil olan məlumata görə, S.Mehdiyev Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimovu tutduğu vəzifədən azad edərək, onu Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Xatırladaq ki, Vidadi İbrahimov Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib