Dərc edilib: 01-06-2018

https://www.nuh.az/16026-.html

Prezidentin vəzifə verdiyi yeni rektor kimdir?

01.06.2018 08:53:06

Cəmiyyət

Xəbər verdiyimiz kimi, yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna bu gün prezident İlham Əliyev tərəfindən rektor təyin edilib. Bu vəzifə Məmmədov Ceyhun Valeh oğluna həvalə edilib.

“Qafqazinfo”nun məlumatına görə, 1975-ci il təvəllüdlü Ceyhun Məmmədov 3 universiteti bitirib.

O, 1991-1994-cü illərdə Suriyanın Dəvət və İrşad institutunda, 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi Universitetində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsini bitirib. 2000-2002-ci illərdə isə Azərbaycanda Xəzər Universitetinin magistraturasında təhsil alıb.

C.Məmmədov ilahiyyat üzrə fəlsəfə doktorudur və Azərbaycan Dillər Universitetində dərs deyir. 1 kitab, 20 elmi məqalənin müəllifidir.

2001-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif şöbələrdə çalışıb. 2015-ci ildən bu günə kimi isə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsini tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib