Dərc edilib: 02-06-2018

https://www.nuh.az/16037-.html

Serbiyadan Azərbaycana şad xəbər: viza rejimi ləğv edildi

02.06.2018 10:54:44

Cəmiyyət

Bu gündən Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.
Qaynarinfo Serbiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib.
Azərbaycan vətəndaşları Serbiyada 90 günə qədər vizasız qala biləcək. 
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib