Dərc edilib: 03-06-2018

https://www.nuh.az/16051-.html

Göyçay körpüsünün aşma anı: anbaan görüntülər (VİDEO)

03.06.2018 14:26:26

Reportaj

Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki təxminən 40 metr uzunluğu olan körpü güclü selin təsirinə dözməyərək uçub.
 
 azxeber.com   xəbər verir ki, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli körpünü tamamilə uçurub. 
Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.
Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib