Dərc edilib: 03-06-2018

https://www.nuh.az/16056-.html

Azərbaycanda yumurta 2 dəfə bahalaşdı - Video

03.06.2018 22:01:28

Kriminal

Azərbaycanda yumurtanın qiyməti bahalaşıb.


 Xezerxeber.az-ın   məlumat verir ki, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.

Ancaq bu artım bütün mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.

Alıcılar isə yumurtanın qiymətindəki artımın olduqca böyük olduğundan şikayətlənirlər.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, yumurtanın bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır. Yemin qiyməti bahalaşdığı üçün istehsalçılar eyni həcmdə yumurtanın qiymətini qaldırmağa məcbur olublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib