Dərc edilib: 06-06-2018

https://www.nuh.az/16069-.html

Azərbaycanlı tələbə İtaliyada göldə boğuldu - Fotolar

06.06.2018 08:29:00

Hadisə

Roma Universitetində təhsil alan Elnur Babayev göldə boğularaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 2 iyunda Kastel Qandolfo şəhərindəki Albano gölündə baş verib.

29 yaşlı E.Babayevin cəsədini 3 gündür tapmaq mümkün olmayıb. Hazırda axtarışlar davam edir.

Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Roma Universitetində Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub. O, Azərbaycanda isə Bakı Avrasiya Universitetində təhsil alıb.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib