Dərc edilib: 06-06-2018

https://www.nuh.az/16072-.html

Prezidentin səfərindən maraqlı - Fotolar

06.06.2018 09:03:57

Siyasət

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Goranboy və Naftalan rayonlarında səfərdə olub.

Prezident səfər zamanı Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun,  Goranboyda “Region Agropark”ın, Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun, “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib.

Həmçinin, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun açılışına, Naftalan Şəhər Mərkəzi Xəstəxanası istifadəyə verilməsi mərasiminə də qatılıb.

Bundan başqa prezident Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş şəhərciklə tanış olub.

“Qafqazinfo” prezidentin qatıldığı tədbirlərdən çəkilmiş maraqlı fotoları təqdim edir: 

 











 

NUH informasiya agentliyi səhifəsindən çap edilib