Dərc edilib: 09-06-2018

https://www.nuh.az/16118-.html

Əziz Əzizov sahibkarları incidir

09.06.2018 17:19:17

Dünya

Yasamal rayon İcra Hakimiyyətinin yeni başçısı deyəsən, ilk günlərindən narazılıq yaratmaqla məşğuldur. Hər halda Dia.az-a daxil olan şikayətlərin mahiyyətindən belə anlaşılır. Belə ki, redksiyamıza müraciət edən bir qrup sahibkar bildirir ki, Yeni Yasamal ərazisində yerləşən və demək olar ki, bütün obyektlərdən icra başçısının adından qanunsuz olaraq pul yığılır.

 

Narazı sahibkarlar dia.az-a yazırlar: “Əziz Əzizovun adamları bizi hədələyirlər ki, obyektlərimizi plana salacaqlar. Yeni Yasamaldakı əsas yollardan biri yenidən çəkilir və yol ətrafındakı obyekt sahiblərinin hamısından pul yığılır. Pul verməyənlər isə hədələnir. Əziz Əzizov bununla nəyə nail olmaz istəyir? Onsuz da insanlar güc-bəla ilə dolanırlar. İndi də obyektlərimiz bağlansa, bu, neçə yeni işsiz – yaranacaq səfil ordusu deməkdir”.

Sahibkarlar bildirir ki, bununla bağlı Prezident Administrasiyasına da şikayət etməyə hazırlaşırlar: “Başqa yolumu yoxdur. Ümidimiz cənab Prezidentdir. Əziz Əzizova qalsa, biz acından ölməliyik”.

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib