Dərc edilib: 10-06-2018

https://www.nuh.az/16127-.html

Azərbaycanlı kaskadyor Nazarbayevin qızının filmində...

10.06.2018 15:32:04

Müsahibə

Azərbaycanlı kaskadyor Fərhad Fərmanlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevanın filminə dəvət alıb. 

 musavat.com-un   verdiyi məlumata görə, tarixi mövzuda çəkilən "Tomiris" filminin çəkilişləri bu ilin sonunda başa çatacaq.
"Bu yaxınlarda Qazaxıstana gedirəm. Bir neçə səhnədə çəkiləcəm. Filmin prodüseri Qazaxıstan prezidentin kiçik qızı Aliyə Nazarbayevadır. Tarixi mövzuda çox uğurlu bir filmin alınacağına inanıram. Və ona da inanıram ki, oynadığım səhnəylə Los-Ancelesdəki Dünya Kaskadyorlar Akademiyasının mükafatını da alacam", - deyə Fərhad Fərmanlı bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib