Dərc edilib: 10-06-2018

https://www.nuh.az/16130-.html

Xalq şairinin oğlu 54 yaşında vəfat etdi

10.06.2018 22:21:54

Hadisə

Xalq şairi Cabir Novruzun oğlu dünyasını dəyişib.

modern.az   xəbər verir ki, Xalq şairinin son yadigarı olan Müşfiq Cabiroğlu bu gün 54 yaşında vəfat edib. Qeyd edək ki, şair, publisist M.Cabiroğlu 1964-cü il oktyabrın 3-də Bakıda anadan olub. O, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır. Allah rəhmət eləsin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib