Dərc edilib: 12-06-2018

https://www.nuh.az/16144-.html

İradə Cavadova kollegiyadan niyə çıxarılır? - Açıqlama

12.06.2018 15:01:21

Cəmiyyət

Vəkil İradə Cavadovanın kollegiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edilməsinin səbəbi bəlli olub.

İ.Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, xanım müvəkkili K.M ondan şikayət edərək müqavilə bağlamadığl halda vəkilin onun adından hüquqi addımlar atdığını bildirib. K.M əlavə edib ki, İ.Cavadova onun “bandotdel”də saxlanılması barədə yanlış məlumatlar yayıb.

İ.Cavadova bildirib ki, dünən Rəyasət Heyətinin iclasında çıxış edərək sübutlarını təqdim edib və K.M ilə olan müqaviləni təqdim edib. RH üzvləri isə müvəkkil tərəfindən atılan imzanın həqiqiliyinə şübhə ilə yanaşıblar: “Daha sonra mən emosiyalarıma hakim ola bilmədim və iclası yarımçıq tərk etdim. Qərarı isə mətbuatdan öyrəndim. Mən yenə də əlavə sübutlarımı toplayıram, onları yenidən kollegiyaya təqdim edəcəyəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib