Müdafiə Nazirliyindən Bakı səmasındakı uçuşlarla bağlı - Açıqlama
Bu gün səhər Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hərbi təyyarələrin uçuşları paytaxt əhalisi arasında marağa səbəb olub.
Məlum olub ki, "SU-25" və digər hərbi təyyarələrin cəlb olunduğu uçuşlar təlim məqsədlidir. Belə ki, Müdafiə Nazirliyi iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqlar görür.
Bu il Azərbaycan ordusunun yaradılmasının 100 illiyi qeyd olunur.
***
Müdafiə Nazirliyi də uçuşlarla bağlı məlumat yayıb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.