Dərc edilib: 14-06-2018

https://www.nuh.az/16174-.html

Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum - 3 ölü, 8 yaralı

14.06.2018 22:27:40

Dünya

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri Suruç əyalətində seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

“Qafqazinfo”nun “Miliiyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu polis və təcili yardım avtomobilləri cəlb olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib