Dərc edilib: 14-06-2018

https://www.nuh.az/16176-.html

İcra başçısı həbs edildi

14.06.2018 22:50:38

Günün sitatı

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.
T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib. 
İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib