Dərc edilib: 14-06-2018

https://www.nuh.az/16178-.html

Ramiz Zeynalov təqaüdə göndərilir

14.06.2018 23:36:54

Mədəniyyət

Yaxın günlərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ehtiyyata göndəriləcək. 

 

Demokrat.Az-ın əldə etdiyi məlumata görə, 67 yaşlı general Ramiz Zeynalov qarşıdan gələn 2 iyul Azərbaycan Polisi Günündən sonra təqaüdə buraxılacaq. 

 

Yaxın vaxtlarda bununla bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanması gözlənilir. 

 

Xatırladaq ki, Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib